
"Kral Klubu" Santiago Bernabeu stadionunda, Borussiya Dortmund ilə çıxdığı matçda ilk hissədə 0-2 geri düşüb.
Paltardəyişmə otağına öndə gedən Borussiya futbolçuları ikinci hissəyə sadəcə müdafiə olunaraq başlayıb.
İkinci hissədə Real Madrid futbolçuları möhtəşəm geri dönüş edərək tarixə imza atıblar.
Onlar, 2 dəqiqədə 2 qol vuraraq hesabı 2-2 edib.
Daha sonra Dortmund futbolçularının müdafiə xəttlərini yararaq hesabı 5-2 edib.
Qolların sahibləri:
Malen 30'
Gittens 34'
Rüdiger 60'
Vini Jr 62' 86' 90+3'
Lucas Vazquez 84'
Qeyd edək ki, Real Madrid və Borussiya cütlüyü bundan əvvəl də, 1 iyun tarixində Çempionlar Liqasının final mərhələsində üz-üzə gəlib və qalib tərəf 2-0 hesabı ilə "Kral Klubu" olub.
Məhəmməd Qasımov
