Bu gün:

İdman zalının altında 50 itmiş lüks klassik avtomobil tapıldı.


Üç tennis kortu olan bir zalın altında park edilmiş 50 idman avtomobili, o cümlədən Porsche 911, Mercedes SL və Ferrari 328 GTS aşkarlandı. Kaliforniyadan gələn bu avtomobillər 15 il ərzində itmiş hesab edilirdi, lakin Almaniyada tamamilə tozla örtülmüş halda tapıldılar.


Almaniyada bir idman zalının altında 14 Porsche 911 (1974 ilə 1989 arasında istehsal olunub), 28 Mercedes-Benz SL/SLC (1973-1989) və iki Ferrari 328 GTS (1988) daxil olmaqla 50 lüks klassik avtomobil tapıldı. Köhnə idman avtomobilləri ilə bağlı xəbərlərdən sonra avtomobil satıcısı Benjamin David bu avtomobillərin hamısını görmədən aldı. Avtomobilləri alan Davidə tennis zalı son ana qədər gizli saxlanıldı, lakin razılaşmadan sonra o, avtomobillərə aparıldı. Avtomobillərin ümumi qiyməti açıqlanmasa da, məbləğin 7 rəqəmli olduğu bildirilib. Avtomobillərin çoxunun qalın toz təbəqəsi altında olmasına baxmayaraq yaxşı vəziyyətdə olduğu görüldü. David qeyd etdi ki, “Porsche’lərin əksəriyyəti orijinal vəziyyətdə idi və Kaliforniyanın quru iqlimi səbəbindən paslanmamışdı”, lakin Mercedes modellərində daha çox iş görülməlidir. Bununla belə, avtomobilləri alan diler hələ axtardığını tapmayıb, çünki avtomobilləri Şərqi Avropada ucuz təmir edib, gəlir ilə yenidən satmağı planlaşdırırdı, lakin material və emalatxana xərcləri o qədər artıb ki, bərpa birdən-birə artıq gəlirli olmadı. Porsche’lərin hamısı satılıb, qalan klassik avtomobillər isə 30 noyabr saat 11:00-dan etibarən açıq artırmada satışa çıxarılacaq.


Mənbə: sözcü gazetesi

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et