Bu gün:

Victor Osimhenin “qayçı” zərbəsi tarixə düşdü


“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhen, “Antalyaspor”a qarşı vurduğu “qayçı” qolu ilə Cristiano Ronaldonun rekordunu qırmağa çox yaxınlaşıb. Nigeriyalı hücumçunun 2,32 metr hündürlükdən vurduğu bu qol, dünya futbolu tarixində 2,30 metr hüdudunu keçən iki “qayçı” qolundan biri olub.

2017-2018 mövsümündə UEFA Çempionlar Liqasının 1/4 finalında “Real Madrid”in “Juventus”u 3:0 məğlub etdiyi oyunda Cristiano Ronaldonun 2,38 metr hündürlükdən vurduğu “qayçı” qolu, dünya futbolu tarixində ən yüksək hündürlükdən vurulan “qayçı” qolu kimi qeydə alınmışdı. Viktor Osimhenin “Antalyaspor”a qarşı vurduğu 2,32 metrlik “qayçı” qolu isə bu rekordu zorlayan ikinci qol olub.

“Qalatasaray”ın səfərdə 3:0 qalib gəldiyi oyunda Osimhenin vurduğu bu qol futbol tarixində öz yerini aldı və ilin ən gözəl qolları sırasında göstəriləcəyi gözlənilir.

Mənbə: NTV spor

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et