Bu gün:

Aleks Priçardın arxa əzələsində yırtıq aşkarlanıb


"Sivasspor"la "Hatayspor" matçının 10-cu dəqiqəsində zədələnərək meydanı tərk edən ingilis futbolçu Aleks Priçardın arxa əzələsində yırtıq aşkarlanıb.

"Sivasspor"un mövsümün əvvəlində İngiltərədən transfer etdiyi yarımmüdafiəçi Aleks Priçardın səhhətinin vəziyyəti ilə bağlı açıqlama verilib.

Klubdan alınan məlumata görə, "Hatayspor" matçının 10-cu dəqiqəsində zədələnən və oyunu tərk etmək məcburiyyətində qalan Priçardın MRT müayinəsi nəticəsində sağ arxa əzələsində yırtıq diaqnozu qoyulub.

Həkimlər qrupu tərəfindən müalicəsinə başlanan Aleksin bir müddət meydanlardan uzaq qalacağı öyrənilib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et