
Barselonanın dekabrda Atletiko Madridə qarşı liqa oyunu Mayamidə keçirilə bilər.
La Liqa rəsmiləri FİFA-nın planı təsdiqləyəcəyinə ümid edib. Bu, ABŞ-da ilk dəfə La Liqa matçı ola bilər. Təkliflə bağlı son qərarı futbolun idarəedici orqanı olan "FİFA" verəcək.
Matç hazırda La Liqanın qış tətilinə fasilə vermədən əvvəl dekabrın 22-nə planlaşdırılıb.
Həm “Atletiko Madrid”in, həm də “Barselona”nın yanvarın əvvəlində Səudiyyə Ərəbistanda keçirilən dörd komandalı İspaniya Superkubokunda oynaması planlaşdırılıb.
Aprel ayında "FİFA" ABŞ-da liqa matçları keçirmək istəyən aparıcı Promouteri Relevent tərəfindən hüquqi problemdən imtina edib.
Növbəti ay "FİFA" xaricdə oynanılan rəqabətədavamlı yerli oyunların potensial təsirini araşdırmaq üçün işçi qrupu yaratdığını açıqlayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Səbuhi Əzənmədli
