Bu gün:

Süni İntellekt həkimlərə qırılmış sümükləri tapmağa kömək edəcək


Milli Sağlamlıq və Baxım Mükəmməlliyi İnstitutu (NICE) bildirir ki, süni intellekt (AI) həkimlərin rentgen analizlərində gözdən qaçırdığı qırılmış sümüklərin sayını azalda bilər.

Araşdırmalar AI-nin təhlükəsiz olduğunu və diaqnozu sürətləndirə biləcəyini göstərib. İngiltərədə dörd AI aləti təcili yardımda istifadə üçün tövsiyə olunacaq, hər şəkil mütəxəssis tərəfindən yoxlanılacaq.

Qırılmış sümüklər 3-10% hallarda qaçırılır, bu da təcili şöbələrdə ən yaygın diaqnostik xətadır. Radioloq və radiografiçilərin işsizlik səviyyəsi 12.5% və 15% dir.

Mark Chapman, NICE-də sağlamlıq texnologiyaları direktoru, AI-nin mütəxəssislərin işini asanlaşdıracağını qeyd edib.

NİCE-in AI istifadəsinə dair müzakirələri 5 noyabrda başa çatacağı deyilib.

Mənbə: BBC News 

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et