ABŞ-ın Yale Universitetinin bir qrup tədqiqatçısı özünü xilas etmək üçün ayağını kəsən robot yaradıb. Tələyə düşdükdə əzalarını itirməsinə baxmayaraq, robot öz missiyasını davam etdirə və təhlükəli şəraitdə axtarış və xilasetmə işlərinə kömək edə bilər.

Robot texnologiyasındakı sürətli inkişaflar çox vaxt alimlərin heyvanların bacarıqlarından ilham almasına səbəb olur. Xüsusilə yumşaq robotlar çeviklik tələb edən vəzifələri yerinə yetirməkdə metal və plastikdən hazırlanmış sərt analoqlarına nisbətən böyük üstünlüklər təklif edir.
Yel Universitetinin Faboratoriya laboratoriyasında çalışan tədqiqatçılar ilişib qalanda öz üzvlərini amputasiya edə bilən robot hazırlayıblar. Bu ixtira təhlükə anında quyruğunu geridə qoyan kərtənkələlərdən ilhamlanıb. Advanced Materials jurnalında dərc edilən araşdırmada robotun kəsilmiş üzvü sonradan yenidən birləşdirilə bilər.
Homeomorfik termoplastik köpük (BTF) və yapışqan polimer adlanan yeni materialla istehsal edilən birləşmələr elektrik cərəyanı tətbiq edilərək əridilə və ayrıla və sonra yenidən yığıla bilər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli
