Bu gün:

İsrail yaralıların təxliyəsinə icazə vermir


Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal açıqlamasında Qəzzanın şimalında İsrailin hücumları nəticəsində yaşanan humanitar fəlakətin miqyası barədə məlumat verib.


İsrail ordusunun bölgədə hərəkət edən hər şeyi hədəf aldığını vurğulayan Basal, "işğalçı qüvvələrin şimaldakı yaşayış məntəqələrini partlatmağa davam etdiyini" bildirib.

Basal, Təl-Əviv rəhbərliyinin Qəzzanın şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə qarşı "qırğın, blokada və aclıq siyasəti" izlədiyini bildirib.

Basal həmçinin bildirib ki, İsrail ordusu yaralıları təxliyyə etmək üçün mülki müdafiə qruplarının əraziyə daxil olmasına icazə verməyib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et