Bu gün:

Vircil Van Deyk müqavilə imzalamaq üçün danışıqlara başlayıb


"Liverpul"un kapitanı Vircil Van Deyk klubu ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başladığını bildirib.

33 yaşlı futbolçu 2018-ci ilin yanvarından "Enfild"də çıxış edib və hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.

Hollandiyanın mərkəz müdafiəçisi Van Deyk - "Müzakirələr davam edir, gələcəkdə nə olacağını görəcəyik. Mənim bütün diqqətim Liverpola yönəlib, mən qabaqda olan oyunları komanda ilə birlikdə qazanmaq istəyirəm",-deyə bildirib.

İngiltərə millisində oynayan Trent Alexander Arnold və Misir forvardı Mohammed Salahın da müqaviləsi gələn yay bitəcək, lakin onların vəziyyətləri ilə bağlı heç bir məlumat yoxdur.

"Qırmızılar" Van Deyki "Sauthempton"dan 75 milyon funt-sterlinqə transfer edib və o, onlara Premyer liqa, Çempionlar liqası, İngiltərə kuboku, Liqa kuboku və FİFA Klublararası Dünya Kubokunu qazanmalarına kömək edib.


Mənbə: BBC News

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et