Windows 10 illərdir ki, dünyada ən çox istifadə edilən əməliyyat sistemi olaraq qalır. Microsoft düz bir ildən sonra Windows 10-un dəstəyini dayandıracaq və əməliyyat sisteminin ömrünün sonuna (EOL) çatdıqda əhəmiyyətli bir mərhələni qeyd edəcək. Bu, artıq təhlükəsizlik yeniləmələri, texniki dəstək və ya səhv düzəlişlərinin olmaması deməkdir. Bu da verilən tarixdən sonra Windows 10-a davam edən istifadəçilərin təhlükəsizlik zəifliklərinə məruz qalma riskini artırır.
Dəstəyin sonu nə deməkdir?
Dəstək başa çatdıqdan sonra Microsoft təhlükəsizlik yeniləmələrini təqdim etməyi dayandıracaq, yəni Windows 10 platformasında aşkar edilən gələcək boşluqlar yamaqsız qalacaq. Bu çox vacibdir, çünki yamaqsız sistemlər zərərli proqramlara, viruslara və digər kiberhücum formalarına çox həssasdır. Vaxt keçdikcə proqram təminatı, sürücülər və hətta üçüncü tərəf periferik qurğuları Windows XP və Windows 7-nin EOL səviyyəsinə çatdığı zaman olduğu kimi Windows 10-u dəstəkləməyi tədricən dayandıracaq.
Mənbə: tomshardware.com
Tərcümə etdi: Səidə Abasova
