Bu gün:

Futbolçu karyerasını bitirən Andres İnyesta


Futbolçu karyerasını bitirən Andres İnyesta baş məşqçi olmaq qərarına gəlib.

Ötən ay karyerasını bitirdiyini elan edən ispaniyalı Andres İnyestanın futboldan ayrılığı uzun çəkməyəcək.
İnyesta artıq məşqçiliyə başlamaq qərarına gəlib.

O, Asiya Futbol Konfederasiyasının məşqçilik kurslarına yazılıb. Andresin təhsil prosesi Dubayda (BƏƏ) baş tutacaq.

Qeyd edək ki, İnyesta oktyabrın əvvəlində 22 illik peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Andresin çıxış etdiyi son klub BƏƏ-nin "Emirates" klubu olub.

Mənbə: Sky sports

Tərcümə etdi: Aysu Salahova

Paylaş
Şərh əlavə et