
Meta Los-Ancelesdəki ofisində şəxsi xərclər üçün yemək talonlarından istifadə edən 20-dən çox əməkdaşını işdən çıxarıb. İşçilərin yemək kreditlərini yuyucu toz və digər məhsullara xərclədikləri müəyyən edilib.
Meta böyük korporativ ofislərində işçilərinə pulsuz yemək xidməti təklif edərkən, yemək sifariş etmək üçün yemək xidməti olmayan kiçik ofislərdəki işçilərə müəyyən miqdarda yemək çeki verir.
Daxili araşdırma Los-Ancelesdəki bəzi işçilərin bu yemək kreditlərini qeyri-ərzaq mallarına xərclədiklərini və ya sifarişlərin evlərinə göndərildiyini təsbit edib.
Mənbə: NTV Türk
Tərcümə etdi: İbrahim Çobanlı
