
Moldovada bu gün həm prezident seçkiləri, həm də referendum üçün səsvermə aparılıb. İnsanlar hazırkı dövlət başçısı Maya Sandunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezident seçkiləri üçün sandıq başına gedib.
Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ölkənin 36 regionunda və xaricdə yaşayanlar da daxil olmaqla 3 milyondan çox seçicinin olduğu xaricdəki səfirliklərdə səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. İlk dəfə olaraq poçtla səsvermə ABŞ, Kanada, Norveç, İsveç, İslandiya və Finlandiyada keçirilib.
Yerli vaxtla saat 22:00-da seçki qutuları bağlanacaq və səslərin hesablanmasına başlanacaq.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə
