
"Herakles" 12-ci dəqiqədə hesabda önə keçib. "Ayaks" 25-ci dəqiqədə Davy Klaassenlə cavab verib, Mario Engels isə bu qoldan 3 dəqiqə sonra "Herakl"ı yenidən önə keçirib.
Matçın 34-cü dəqiqəsində “Ayaks” Bertran Traore ilə yenidən hesabı bərabərləşdirib və hissə 2:2 bərabərliklə yekunlaşıb.
Matçın 63-cü dəqiqəsində Vout Veqhorst “Ayaks”ı irəli çıxararaq hesabı 3-2 edib.
Herakles 76-cı dəqiqədə hesabı 3-3 etdiyi halda, "Ayaks" 82-ci dəqiqədə Wout Weghorstun penaltidən vurduğu qolu ilə önə keçib.
Meydandan 4:3 hesablı qələbə ilə ayrılan "Ayaks" xallarını 16-ya yüksəldib. Herakles isə 9 xalla qalaraq ikinci dəfə məğlub olub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
