
Yeni Zelandiyadakı “Dunedin” hava limanı, sərnişinlərin enmə zonasında qucaqlaşma üçün üç dəqiqəlik bir məhdudiyyət qoyan və "daha incə bir vida üçün xahiş edirəm park yerindən istifadə edin" sözləri yazılan yeni bir işarə ilə dünyada mübahisələrə səbəb olub.
"Uçuşlara vaxt ayırın, hisslərə yox" belə bir şüar hava limanının işçiləri tərəfindən səsləndirilib. Facebook postunun altındakı bəzi şərhçilər qucaqlaşmaq üçün məhdudiyyət tətbiq olunmasından qəzəbləniblər, bəziləri isə yeni qayda ilə razılaşıblar.
Mənbə: CNN
Tərcümə etdi: Fatimə Kərimli
