
Lionel Messinin New England Revolutiona qarşı ikinci yarıda het-triki Chase Stadionunda İnter Miaminin MLSdə bir mövsümdə yığılan xalların rekordunu yeniləməyə kömək edib.
Miami komandasının 34 matçda topladığı 74 xal, 2021-ci ildə New Englandın 73 xalını ötərək, liqa tarixində ən yüksək xal yığan komanda olub. Messinin het-triki həm də Leo Campananın 32 qollu rekordunu təzələyib. 33 qolla Messi İnter Miaminin ən çox qol vuran oyunçusu olub.
Bununla belə, Luis Suarez fasilənin ilk yarısında 2-0 geri düşən Miamini vurduğu iki qolla birinci hissəyə 2-2 hesabıyla bərabər yola salıb.
37 yaşlı oyunçu son yarım saatlıq vaxtda meydana çıxıb və oyuna dərhal təsir edib. Messi, ilk qolunu 78-ci dəqiqədə Luis Suarezin ötürməsiylə vurub və Miami komandasını hesabda bir qədər rahatladıb.
Mənbə: Guardian
Tərcümə etdi: İbrahim Çobanlı
