
Maks Verstappen yarışa ikinci yerdən başladığı üçün xoşbəxt olduğunu bildirib.
Amerika Qrand Prisinin seçmə mərhələsinin 3-cü hissəsi böyük drama səhnəsi olub.
İlk dövrələrdə istədiyi nəticəni qazana bilməyən Maks Verstappen, bənövşəyi sektorda başladığı son dövrəni Corc Rasselin qəzası səbəbindən davam etdirə bilməyib və sıralanma dövrələrini ikinci yerdə başa vurub.
Verstappen hər şeyə rəğmən, əldə etdiyi nəticədən razı qalıb və deyib: "İlk dövrəmdə çox vaxt itirdim, amma başqa şansımız olduğunu bilirdim. Təəssüf ki, turumu tamamlaya bilmədim. Əks halda, yaxşı tempimiz var idi. Ən azından ön sıralardayıq, bu çox vacibdir. Bizim avtomobilimiz rəqabətədavamlı görünür. Kiçik dəyişikliklər etdik və yaxşı hiss olunur. Ümid edirəm ki, bu, sabah üçün də müsbət olacaq".
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
