
Lando Norris seçmə mərhələlərdə Ferrari və Red Bull-un sürətinə çata bilmədiklərini etiraf etsə də, keçdiyi dövrənin möhtəşəm olduğunu bildirib.
Lando Norris sıralanmanın son anlarında Corc Rasselin qəzasından sonra poul-pozisyaya nail olub.
Qəzadan bir az əvvəl bənövşəyi sektor reytinqi ilə gələn Maks Verstappen dövrəsini tamamlaya bilməyib və ikinci yeri tutub.
Uğurların onun tərəfində olduğunu bildirən Lando Norris, "Çox şeyi dəyişdik, çox şeyi nəzərdən keçirdik. Karlos və Maks daha sürətli dövrəyə sahib ola biləcəklərini söylədilər, amma mən sahib olduqlarımla kifayətlənəcəyəm", - deyib.
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
