Bu gün:

Süleymaniyyədə MİT-dən yerində əməliyyat


MİT-in kəşfiyyat şəbəkəsi vasitəsilə iki terrorçunun sonuncu dəfə İranla sərhəddə, Süleymaniyyə çölündə yerləşən Pencevin bölgəsində fəaliyyət göstərdiyi müəyyən edilib.

Onların təşkilatın yüksək rəhbərliyi ilə sıx əlaqələri olub.

MİT tərəfindən aparılan həssas araşdırmalar nəticəsində PKK/KCK üzvləri Berfin Roj kod Caize Selber və Tekoşin Dilgeş kod Emine Ulaşın təşkilatın yüksək səviyyəli idarəçiləri ilə yaxın münasibətdə olduğu öyrənilib.

PKK/KCK terrorçularının aldıqları təlimata uyğun olaraq bölgə xalqını vergi adı altında zorakılıq yolu ilə qəsb etdikləri, toplanan məbləği Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirmək, şəxsi heyətə cəlb etmək üçün istifadə etdikləri və onlara maddi-texniki dəstək göstərdikləri müəyyən edilib.

Həmçinin, iki terrorçunun terror təşkilatına qoşulacaq gəncləri müəyyən edib təşviq etdiyi, ideoloji təbliğatla manipulyasiya etdiyi, Türkiyədə fəaliyyət göstərən gənclər təşkilatının üzvlərinə tədbir görülməsi üçün təlimatlar çatdırdığı da müəyyən edilib.

Terrorda şübhəli bilinərək axtarışda olan PKK/KCK üzvləri Caize Selber və Emine Ulaş MİT-in hədəf siyahısında olub. Addım-addım təqib edilən iki terrorçuya qarşı əməliyyat üçün ən uyğun an gözlənilib. MİT-in İraq/Süleymaniya çölündə apardığı dəqiq əməliyyatla yerləri müəyyən edilən iki terrorçu zərərsizləşdirilib.


Mənbə:TRT HABER 

Tərcümə etdi: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et