"The X Factor"- un Böyük Britaniya versiyasının keçmiş hakimi və səsyazma sənətçisi olan Peyn və Cole münasibətdə idilər. 2017-ci ildə cütlüyün Bear adlı oğullları dünyaya gəldi.

"Mən bu yer üzünü sarsıdan hadisəni idarə etməyə və bu təsvirolunmaz ağrılı zamanda öz kədərimlə işləməyə çalışarkən, hamıya bir insanı itirdiyimizi xatırlatmaq istərdim" deyən Cole yazısına Liam və oğullarının bir fotoşəkli ilə başladı. "Liam təkcə pop ulduzu və məşhur deyildi, eyni zamanda bir oğul, qardaş, əmi, yaxın dost və 7 yaşlı oğlumuzun atası idi. İndi atasını bir daha görməmək reallığı ilə üzləşməli olan bir oğul”.
Cole və Payne əməkdaşlıqda olan valideynlər idilər. 2023-cü ildə YouTube-da paylaşılan bir videoda Payne Cole üçün təşəkkürünü paylaşdı və Bear üçün hiss etdiyi sevgi və məhəbbətdən danışdı.
"O, heyrətamiz idi. Çox tez böyüyür", - Payne həmin vaxt paylaşmışdı. "Düşünürəm ki, o, mənim ola biləcəyimdən daha ağıllıdır. O möhtəşəm oğlandır."
Cole yazıb ki, oğlu atasının ölümü ilə bağlı mediada gedən xəbərləri görəndə narahat olub.
"Ruhumu ən çox narahat edən şey, Bear-ın bir gün son iki gündə gördüyümüz iyrənc xəbərlərə və media istismarına rast gəlmə ehtimalıdır. Gələcəkdə onu bundan qoruya bilməyəcəyim ürəyimi daha da parçalayır. Məncə, bu hesabatların bəziləri geridə qalan hər kəsə zərər verməkdən başqa heç nə etməyəcək.
Peyn çərşənbə günü Argentinanın paytaxtı Buenos-Ayresdəki CasaSur Palermo otelinin üçüncü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. Onun 31 yaşı var idi.
Mənbə: CNN
Tərcümə etdi: Fidan Şahbazlı
