
Arxeoloqlar 5000 il əvvəl Neolit Honqşan mədəniyyəti tərəfindən hazırlanmış ən böyük "əjdaha"nı aşkar ediblər.
Uzunluğu 15,8 santimetr, eni isə 9,5 santimetr olan sözügedən əsər dairəvi qəbirin içərisində aşkar edilib. Qəbrin cənubunda dördbucaqlı qurbangah olub. Türbənin içərisindən insan qalıqları, həmçinin stəkan, kasa və ştativ qablar kimi çoxlu saxsı məmulatlar da tapılıb.
Çinin Daxili Monqolustan Muxtar Bölgəsindəki Çifenq şəhərində yerləşən türbənin tarixi 5000-5100 il əvvələ, bölgədə Honşan mədəniyyətinin inkişaf etdiyi vaxta aid olduğu qeyd edilib. Bu Neolit mədəniyyətinin insanları əkinçiliklə məşğul olub, böyük şəhərlər salıb və mürəkkəb əsərlər yaradıblar. Yeni kəşf Honşan mədəniyyətindən bu günə qədər tapılan ən böyük yeşim əjdaha nümunəsi kimi qeydə alınıb.
Mənbə: Arkeofili
Tərcümə etdi: Sona Osmanova
