Bu gün:

PlayStation Portalı ilin diqqət mərkəzində olub


Sony-nin gözləntilərini aşan PlayStation Portal ilin diqqət mərkəzində olub. PlayStation Portal, Sony şirkətinin gözləntilərini aşaraq 2024-cü ilin ən çox satılan aksesuarı olmağı bacarıb.

Keçən ilin noyabr ayında bazara çıxarılan PlayStation Portal, Sony-nin gözləntilərini böyük dərəcədə aşaraq təsir edici satış rəqəmlərinə çatıb. Bazar araşdırma şirkəti Circana-dan Mat Piscatella tərəfindən yayımlanan yeni hesabat, cihazın indiyədək Amerika Birləşmiş Ştatlarında 2024-cü ilin ən çox satılan oyun aksesuarı olduğunu göstərir. Digər tərəfdən, ABŞ bazarında Midnight Black DualSense kimi məhsulların yaxşı göstəricilərinə baxmayaraq, ənənəvi gamepad satışlarında 10%-lik azalma müşahidə olunub. 

Avqust ayında ən çox satılan aksessuar olmasa da, ilin ümumi göstəricilərinə görə PlayStation Portal-ın hələ də əhəmiyyətli bir rəqibi yoxdur. Cihaz PlayStation 5-in tamamlayıcı aksessuarı kimi satılır və birbaşa konsolun aparatında işləyən oyunlara yerli şəbəkələr vasitəsilə daxil olmağa imkan verir. 1080p çözünürlüklü ekrana malik olan aksesuar, əslində kənarlarında iki kontrolcu olan bir ekran kimi xidmət edir. Lakin cihazın əsas üstünlüyü PlayStation 5-in televizora bağlılığını aradan qaldırmasıdır.

Mənbə: shiftdelete.net

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et