ABŞ Ədliyyə Departamenti cümə axşamı Hindistan hökuməti əməkdaşını cinayətdə ittiham edib. Ədliyyə Departamenti həmçinin həmin şəxsin Nyu-Yorkda yaşayan Sikh separatçılarının liderini öldürmək planı qurduğu, lakin bu planın uğursuzluqla nəticələndiyini bildirib.

“Vikash Yadav azadlıqdadır, lakin federal məhkəmədə kirayəlik qətl ittihamı ilə üzləşir”.
Sui-qəsdi araşdıran Hindistan təhqiqat komitəsinin iki üzvü istintaqla bağlı ABŞ rəsmiləri ilə görüşmək üçün Vaşinqtona gəlib.
Baş prokuror Merrik Qarland ittihamları açıqlayarkən deyib: “Ədliyyə Departamenti, mövqeyindən və ya hakimiyyətə yaxınlığından asılı olmayaraq, Amerika vətəndaşlarına zərər vurmaq və susdurmaq istəyən istənilən şəxsi məsuliyyətə cəlb etməkdə amansız olacaq”.
Mənbə: Globalnews.ca
Tərcümə etdi: Səidə Abasova
