Bu gün:

Eskişehirdə Friglərə aid bir dini məkanın qalıntıları tapılıb


Eskişehirdəki Midas Qalasındakı qazıntılar zamanı, e.ə. VII əsrdə həmin ərazidə yaşayan Frig tayfasına aid olduğu düşünülən soba və ocaqlar aşkar edilib.

2022-ci ildən başlayan tədqiqatlar, məşhur Yazılıqaya Abidəsinə ev sahibliyi edən 3 kilometr uzunluğundakı Midas Vadisində aparılıb.

Anadolu Universitetindən arxeoloq Yusuf Polatın rəhbərliyi altında aparılan qazıntılar, 26 hektar ölçüsündəki Midas Qalası ərazisində mühüm tapıntıları ortaya çıxarıb.

Mütəxəssislər, bu qurğuların dini rituallar zamanı qurbanlıq heyvanların bişirilməsi və çörək hazırlanması üçün istifadə olunduğunu qeyd ediblər.

Polat, “Ritual hazırlıqlarının edildiyi ocaqların olduğu, sadə daş təməlli və taxta qurulardan ibarət sahələr aşkar etdik” deyib.

Mənbə: Arkeofili

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et