Bu gün:

Çindəki okeanarium ziyarətçilərini aldadıb


Okeanariumun ən böyük köpəkbalığının robot olduğu meydana çıxıb.

Çindəki okeanarium ziyarətçilərini aldadıb və onlara əsl köpəkbalığı əvəzinə robot göstərib. Buranın əsas xüsusiyyəti, mövcud olan ən böyük köpəkbalığının orda yaşaması idi. Lakin okeanariuma bilet üçün 280 Yuan (67 manat) ödəyən ziyarətçilər aldadılıb.

Bu balıq hərəkətlərinin qeyri-təbiiliyi ilə nəzərə çarpıb. Bundan əlavə, balıq dönərkən metal detalları görmək mümkün olub.

«Xiaomeisha Ocean World» administrasiyasına şikayətlər gəlməyə başlayanda rəhbərlik belə bir addım atmağa məcbur olduqlarını izah edib. Ən böyük köpəkbalığının əsarət altında saxlanılmasının qadağan olduğunu deyib.

Mənbə: Lenta.Ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et