Bu gün:

Həftəsonu Avropanın 5 ən böyük liqasında rəqabətli oyunlar keçiriləcək


Liqada milli oyunlar üçün fasilə başa çatıb. Bu həftə sonu Avropanın 5 ən böyük liqasında rəqabətli oyunlar keçiriləcək.


Avropanın böyük liqalarında futbol azarkeşlərini böyük tamaşa zövqü ilə qarşılaşmalar gözləyir. Milli oyun fasiləsindən sonra həftəsonu 5 böyük liqada diqqətçəkən qarşılaşmalar keçiriləcək.


Ada futbolunda lider olan "Liverpul" son həftələrdə yüksəlişdə olan "Çelsi"ni qəbul edəcək.


Premyer Liqada başqa bir diqqətəlayiq matçda Tottenham və West Ham United London derbisində qalib gələcəklər.


Bundesliqada liderlik yarışına aid 2 qarşılaşma var. Lider "Bavariya" öz meydanında mövsümün formada olan "Ştutqart"ı qəbul edəcək. Mövsümə çox yaxşı başlayan Frankfurtla da çempionatda mübarizə aparan "Bayer Leverkuzen" qarşılaşacaq.


İtaliya A Seriyasında həftənin matçında "Roma" və "İnter" 3 xal uğrunda mübarizə aparacaq. "Yuventus" doğma meydanda paytaxtın "Latsio" klubunu qəbul edəcək.


La Liqada "El Clasico" öncəsi səhv etmək istəməyən "Barselona" liqanın güclü komandalarından olan "Sevilya"nı qəbul edəcək.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et