Bu gün:

Ağciyər xərçənginə qarşı dünyada ilk peyvənd


İngiltərədən olan bir xəstə, ağciyər xərçəngi peyvəndinin təməlqoyma sınağında iştirak edən ilk avropalılardan biri olub. “Bnt116” peyvəndi “BioNTech” tərəfindən hazırlanıb. 

Bu inqilabi araşdırmada yeddi ölkədəki 130 tədqiqat mərkəzində, erkən mərhələlərdən və əməliyyatdan, radiasiya terapiyasından xəstəliyin son mərhələlərinə qədər müxtəlif ağciyər xərçəngi olan 34 xəstə iştirak edəcəkdir.

İngiltərədəki araşdırmaya rəhbərlik edən professor Siou Ming Li: "Ümid edirik ki, bu həm erkən, həm də inkişaf etmiş ağciyər xərçəngi olan xəstələrin nəticələrini daha da yaxşılaşdırmağa imkan verəcəkdir ",- deyib.

Mənbə: Euronews

Tərcümə etdi: Fatimə Kərimli 

Paylaş
Şərh əlavə et