Beynəlxalq humanitar yardım təşkilatı Save The Children Mərkəzi və Qərbi Afrikada həddindən artıq yağışın səbəb olduğu daşqınlar səbəbindən təxminən 10 milyon uşağın məktəbə gedə bilməyəcəyini bildirib.

Qurumdan verilən yazılı açıqlamada Niger, Nigeriya, Mali və Konqo Demokratik Respublikasında (KDR) daşqınlar səbəbilə təxminən 1 milyon insanın evlərini tərk etdiyi bildirilib.
Açıqlamada yağışların məktəb binalarına ciddi ziyan vurduğu, bəzilərinin hətta uçduğu, evini tərk etmək məcburiyyətində qalanların əksəriyyətinin məktəblərə sığındığı bildirilib.
Açıqlamada daşqınlardan ən çox Mali və Nigerin zərər çəkdiyi bildirilib və məktəblərin Malidə 1 ay, Nigerdə isə 3 həftə gec açılacağına diqqət çəkilib.
Açıqlamada 4 ölkədə 36 milyon uşağın qarşıdurma və yoxsulluq səbəbiylə təhsilini davam etdirə bilmədiyi, daşqınlar səbəbindən bu rəqəmə 10 milyon uşağın daha əlavə edildiyi bildirilib.
Mənbə: A Haber
Tərcümə etdi: Mina Yadigarlı
