Bu gün:

Malatyada zəlzələ baş verib


Malatyada baş verən zəlzələdə Elazığda 20 binaya ciddi ziyan dəyib. Nazirlik, Malatyada baş verən zəlzələdən sonra Elazığda 517 yüngül zədələnmiş binanın, Malatyada isə 18 yüngül zədələnmiş binanın aşkar edildiyini açıqlayıb.

Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum 5,9 bal gücündə Kale zəlzələsindən sonra zərərin qiymətləndirilməsi işləri ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlik sosial media hesabında paylaşım edərək, “Elazığda 20 ağır, 517 yüngül zədələnmiş, Malatyada isə 18 yüngül zədələnmiş bina müəyyən edilib. Vətəndaşlarımız rahat olsunlar. Zərərin qiymətləndirilməsi ilə bağlı araşdırmalarımızı ən qısa zamanda başa çatdıracağıq və bütün lazımi addımları atacağıq",- deyib.

Malatyanın Kale rayonunda dünən saat 10.46-da baş verən 5,9 bal gücündə zəlzələ başda Elazığ olmaqla ətraf illerde də hiss olunub. İlkin məlumata görə, 3 binada qismən çökmə baş verib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Leila Musaevi


Paylaş
Şərh əlavə et