Bu gün:

Madagaskardakı Gizli Yer: Tenikynin Sirləri


Madagaskarın cənub-qərbindəki Teniky bölgəsindəki qayalara oyulmuş kiçik otaqlar və daş divarlar, kimlər tərəfindən inşa edildiyi və niyə yaradıldığı ilə bağlı suallar yaradır. Bu tikililər, bənzəri olmayan bir memarlığa sahibdir. Bəziləri ağac və ya daş qapılarla örtülə biləcək şəkildə dizayn edilib.

Abidələrin İrandakı Zərdüşt məzarlığındakı dəfnlərə oxşarlığı, bölgənin daha qədim bir tarixə sahib ola biləcəyini düşündürür. Radiokarbon tarixləmə, yerli kömür parçalarının 10 və 12-ci əsrlərə aid olduğunu göstərib. Zərdüştlük dinində ölüləri təbiəti çirkləndirməmək məqsədilə qayalara oyulmuş oyuqlarda saxlandığı üçün , Tenikydəki tikililərin bu qədim dəfn üsulunu əks etdirdiyi düşünülür.


Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et