Bu gün:

Evdə baş verən partlayış ölümlə nəticələnib


Newcastle şəhərində Violet Close ərazisində baş verən partlayış nəticəsində yeddi yaşlı bir oğlan ölüb və altı nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Fövqəladə xidmətlər yerli vaxtla 00:45-də hadisə yerinə çağırılıb. Şahidlər BBC-yə verdiyi açıqlamalarda “çox güclü bir səs” və “parlaq bir işıq” gördüklərini bildiriblər, bəziləri isə bunu “partlayış” kimi xarakterizə ediblər. Şimali İngiltərə Polisi rəsmisi Darren Adams bildirib ki, fövqəladə xidmətlərin bütün səylərinə baxmayaraq, oğlan hadisə yerində həyatını itirib. “Bu, həqiqətən ürək parçalayan bir hadisədir”, deyə o qeyd edib.Fövqəladə xidmətlər gecə boyunca işləyib və dağıntılar arasında axtarışlar aparıblar. Newcastle Şəhər Şurası insanlara ərazidən uzaq durmağı və yaxınlıqda yaşayanlara evlərində qalmağı, pəncərələri isə “ikinci bir xəbərdarlığa qədər” bağlı saxlamağı tövsiyə edib. Şura, eyni zamanda, partlayışın baş verdiyi evin şura tərəfindən saxlanılan bir mülk olduğunu təsdiqləyib. Şura rəhbəri Karen Kilgour bildirib ki, “Sakinlərin təhlükəsizliyi bizim üçün ən yüksək prioritetdir və onlara hər cür kömək göstərməyə davam edəcəyik,” deyə Kilgour bildirib.


Mənbə:CBC News 

Tərcümə etdi:Aysu Salahova

Paylaş
Şərh əlavə et