Bu gün:

Pre-COP29 Argentina tədbiri baş tutub


Pre-COP29 Argentina tədbiri Argentina Respublikasının Misiones əyalətinin paytaxtı Posadas şəhərində baş tutub.

 

Azərbaycanın Argentinadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Argentina Senatının üzvləri, Cənubi Amerikanın digər ölkələrindən olan nümayəndələr, ətraf mühitin mühafizəsi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov tədbir iştirakçılarına Bakıda COP29-a hazırlıq, COP29-un sədri kimi Azərbaycanın əsas məqsəd və təşəbbüsləri, 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilməsi, COP29-a hazırlıq barədə məlumat verib. O cümlədən ölkəmizdə yaşıl və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr haqqında da danışıb.

Tədbirin sonunda Azərbaycanın COP29-a yanaşmasına tam dəstək ifadə edən yekun bəyannamə imzalanıb.

Mənbə: Caliber

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et