Kırşehirin Kaman rayonunda, qatıldığı konsertdə yer üstündə üzünə yumruq dəyən və döyülən gənc qadın şikayət edib.
Kırşehirin Kaman rayonunda keçirilən Ceviz Mədəniyyət və İncəsənət Festivalında baş verən hadisədə Fatma Çıplak adlı gənc qadın yer üstündə mübahisə zəminində döyülüb.
Fatma Çıplak festivalın qarşısına doğru gedərkən onların olduğunu iddia etdiyi yerdə bir qadınla mübahisə etdiyini, daha sonra qadının ərinin ona yumruq atdığını bildirib. Hadisədən sonra hücum edənlər qaçıblar.
O, Kırşehir Təhsil və Araşdırma Xəstəxanasında müalicə aldıqdan sonra evə buraxılıb.
Çıplak, insidentdən sonra hücum edənlər haqqında şikayət ərizəsi yazdığını və hüquqi mübarizəsini sona qədər davam etdirəcəyini bildirib.
Mənbə: NTV Türkiyə
Tərcümə etdi: Fidan Fərmanlı
