Bu gün:

Qasırğa 10 il əvvəl itirilmiş nikah üzüyünü geri gətirib


Milton qasırğası ABŞ-ın Florida ştatında baş verib. Can və mal itkisinə səbəb olan “əsrin qasırğası”ndan sonra ürəkaçan hadisə yaşanıb. Cütlük 10 il əvvəl itirdikləri nikah üzüklərinə qasırğadan sonra qovuşub.

ABŞ-ın Florida ştatında evlərini qasırğa vuran cütlük evlərinə qayıdarkən maraqlı hadisə ilə qarşılaşıblar.

Oktyabrın 9-u çərşənbə günü, saatda 120 mil sürətlə əsən 3-cü kateqoriyalı qasırğadan sonra Laura və Basil Yorio evlərini tərk etmək məcburiyyətində qalıblar. Ertəsi gün evə qayıdanda Laura həyətlərində nəyinsə parıldadığını görüb.

Qadın ilk baxışda bunun brelok olduğunu düşündüyünü, lakin sonra bunun ərinin təxminən 10 il əvvəl itirdiyi nikah üzüyü olduğunu anladığını bildirib.

9 il əvvəl evlərini təmir etdirən cütlük tikinti zamanı bir neçə dəfə nikah üzüyü axtardıqlarını, lakin tapa bilmədiklərini bildiriblər.

Cütlük Milton qasırğasının şiddətli yağışının çoxdan itmiş olan üzüyü torpağdan çıxardığına inandıqlarını deyib.

Mənbə: NTV Türkiyə

Tərcümə etdi: Fidan Fərmanlı

Paylaş
Şərh əlavə et