Bu gün:

Malatyada zəlzələ baş verib


Afət və Fövqəladə Halların İdarə edilməsi Başçılığının (AFAD) internet saytındakı məlumata görə; Türkiyədə saat 10.46-da 5,9 bal gücündə zəlzələ qeydə alınıb, zəlzələ episentri Malatyanın Kale rayonu olub.

Zəlzələnin 10,07 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

5,9 bal gücündə zəlzələ Diyarbəkir, Tunceli və Elazığda da hiss olunub.

Malatya, Şanlıurfa və Elazığda 3 binada qismən çökmə baş verib. 

Malatya valisi Seddar Yavuz zəlzələ zamanı hündürlükdən yıxılma kimi səbəblərdən 4 nəfərin yaralandığını bildirib. Şanlıurfada isə, bir evin eyvanının uçması nəticəsində 1 nəfər xəsarət alıb.

Səlahiyyətli şəxslər indiyə qədər alınan məlumatlara əsasən, zəlzələdə can və ya mal itkisinin olmadığını açıqlayıb.


Mənbə: NTV Haber

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et