
İzmirin Konak rayonunda mülk sahibi dükanına gələn və pulunu verməyən qohumlarına üsyan edib. “Qohumları pulsuz qidalandırmaqdan bezmişəm”. O çarəni mağazasına “Qohumlar girə bilməz” yazılı plakat asmaqda tapıb.
5 ildir İzmir Konakda kafe işlədən Mehmet iş yerinə gələn və davamlı olaraq yemək-içmək alan və pulunu verməyən qohumlarına üsyan edib.
Çoxuşaqlı ailəyə mənsub olan Mehmet İçin iş yerinə gələn qohumlarının çay, kofe, sərinləşdirici içkilər və sendviçlər yediyini, lakin pulunu ödəmədiyini bildirib.
Yaşadığı hadisədən sonra üsyan etdiyini deyən dükan sahibi kafenin içərisinə və stulların yerləşdiyi yerə “Qohumlar girə bilməz” yazılı plakat asıb.
Yaxınlarının plakatı görsələr belə yenə gəldiklərini və yazıya ciddi yanaşmadıqlarını deyən Mehmet İçin: "Yazını görüb gülürlər. Heç kəs özünə aid hesab etmir",- deyə bildirib.
İçkiləri qohumlarının pulsuz içməsinin qarşısını almaq üçün şkaflarda saxladığını ifadə edən İçin "Qardaşı oğlu, dayı, bibi, hamısı gəlib şkafı açıb sərinləşdirici içki içir, pulunu ödəmirlər. Bu vəziyyətdən çox sıxıldım, içkiləri alt şkafın içinə qoydum, onlar oradan da tapıb götürdülər. Məndə anbarımızda saxlamağa qərar verdim”,- deyib.
Bu vəziyyətə görə dükanına "Qohumlar girə bilməz" plakatı asdığını ifadə edən şəxs, "Qazandıqlarımı sözün əsl mənasında onlara verirəm. Heç biri yazını görmür və sözü adi hal kimi qəbul etmir",- deyib.
Mənbə: NTV Türkiyə
Tərcümə etdi: Fidan Fərmanlı
