Bu gün:

Praqada gecə meyxanalarına qadağa


Praqa, səliqəsiz turistləri ziyarət etməkdən çəkindirmək və bunun əvəzinə daha çox "zərif" ziyarətçiləri cəlb etmək üçün səyahət agentlikləri tərəfindən təşkil edilən gecə meyxanalarını qadağan edəcək.

Bələdiyyə sədrinin müavini Jiri Pospisil şəhərin "ortaq ictimai məkana zəriflik və hörmətin prioritet olduğu" bir yerə çevrilməsini istədiyini söylədi.

Böyük Britaniyadan gələn çoxlu turistlərin qarşısını almağa çalışan Praqa tək deyil. Keçən il Amsterdam, gənc britaniyalı kişilərin Hollandiyanın paytaxtına narkotik və içkidən istifadə etməsinə mane olmaq üçün kampaniya başlatmışdı.

Mənbə: BBC News

Tərcümə etdi: Qüdrət Məmmədova

Paylaş
Şərh əlavə et