Daxili işlər naziri Ali Yerlikaya 18 gündür itkin düşən universitet tələbəsi Rojin Kabaişin cansız cəsədinin tapıldığını bildirib.
Yerlikaya sosial media hesabından açıqlamasında bunları qeyd edib: "27 Sentyabr 2024 Cümə günü Vandakı KYK yataqxanasından çıxan və 18 gündür itkin düşən universitet tələbəmiz Rojin Kabaişin cansız bədəni, təəssüf ki, qruplarımız tərəfindən Van gölünün Molla Kasım kəndi sahilində tapılıb".
Mənbə: TRT Haber
Tərcümə etdi: Selcan İbişli
