Bu gün:

Listeriya bakteriyası səbəbindən 10 milyon funt ət geri göndərilib


BrucePac , hazır yeməklərin istehsalçısı , ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən listeriya ilə bağlı narahatlıq səbəbi ilə 9.9 milyon funtdan artıq məhsulun geri göndərildiyini açıqladı.


Geri göndərilən məhsulların bir çoxu ölkə üzrə restoranlara və təsisatlardakı müştərilərə paylanılıb. Bu bakteriyaların hazır yeməklərdə , market və istehlakçıların soyuducularında ola biləcəyi bildirilib.


Məsələ , USDA-nın qida təhlükəsizliyi və inspeksiya xidməti tərəfindən aparılan rutin test zamanı aşkarlanıb. Listeriya , 19 iyun - 8 oktyabr tarixləri arasında istehsal olunan digər ət məhsullarını da təsir edə bilər.


Listeriya bakteriyası, ABŞ-da qida yoluxucu xəstəliklərindən ölümün üçüncü əsas səbəbidir. Simptomlara yüksək temperatur , əzələ ağrıları və yorğunluq daxildir. Daha ciddi nəticələrə məruz qalanlar arasında yaşlı insanlar , hamilə qadınlar və zəif immun sistemli insanlar var.


Mənbə: CNN News

Tərcümə etdi : Xavər Məmmədli

Paylaş
Şərh əlavə et