Bu gün:

Elon Musk "I , Robot" rejissoru tərəfindən dizaynlarını kopyalamaqda ittiham olunub


2004-cü il sci-fi filmi "I ,Robot" un rejissoru milyarder Elon Muskı humanoid maşınlar və avtonom nəqliyyat vasitələrinin dizaynlarını kopyalamaqda ittiham edib.


Musk cümə axşamı Tesla tədbirində "Cybercab" adlı gələcəkdəki taksi modelini təqdim edib. Bu modelin "qanadlı" qapıları , sükan və pedalların olmaması diqqət çəkib.


"I , Robot"un rejissoru Alex Proyas Muskı kəşfini kopyalamaqda günahlandırıb və "Hey Elon , dizaynlarımı geri ala bilərəm?" deyə müraciət ünvanlayıb. Proyas'ın postuna 6.4 milyon dəfə baxılıb.


Mənbə: BBC  News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et