
Amazon Prime Video və Amazon Live-da yayımlanacaq builki şou, çərşənbə axşamı saat 19:00-da başlayır.
Dörd illik fasilədən sonra Victoria's Secret Fashion Show-un qanadları, şouları və ən sevilən modelləri, çərşənbə axşamı Nyu York şəhərində şirkətin 2024-cü il nümayişi üçün geri dönəcək.
Victoria's Secret 2019-cu ildə aşağı reytinqlərlə üzləşdikdən və brendin özü bəzi mübahisələrə qarışdıqdan sonra şoudan imtina etmişdi. Keçən il o, Prime Video üçün şounun yenilənmiş, qismən canlandırılmış, lentə alınmış versiyasını təqdim edib.
Mənbə: NBC
Tərcümə etdi: Selcan İbişli
