
Şimali London klubu 2024-2025 mövsümünün ilk dörd oyunundan yalnız birində qalib gələrək Qadınlar Super Liqasında (WSL) altıncı yerdədir.
Köməkçi məşqçi Renee Slegers müvəqqəti olaraq vəzifəsini icra edəcək.
"Biz Jonasa kluba sadiqliyinə və 2021-ci ildə bizə qoşulduqdan sonra burada əldə etdiyi nailiyyətlərə görə təşəkkür edirik",- idman direktoru Edu çıxışında bildirib.
"Biz onun qadınlardan ibarət əsas komandamıza göstərdiyi fədakarlıq və öhdəliyə böyük hörmətlə yanaşırıq və onun Arsenal Qadınlarının böyüməsində və inkişafında oynadığı rolu yüksək dəyərləndiririk".
Eidevall ötən ilin oktyabrında WSL-də ardıcıl ilk üçlükdə yer aldıqdan sonra klubla yeni üç illik müqavilə imzalayıb, eyni zamanda son iki mövsümdə Qadınlar Liqası Kubokunu əldə edib.
Mənbə: BBC Sport
Tərcümə etdi: Əzənmədli Səbuhi
