
Təcrübəli hücumçu "Cenoa" ilə müqavilə imzalayıb. Mario Balotelli ölkəsinə qayıdır. Karyerasında “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul”, “Marsel” kimi klublarda çıxış edən italiyalı futbolçu 2 mövsüm “Adana Dəmirspor”da da çıxış edib.
İyulun 1-də Adanada ikinci macərasına son qoyan Balotelli Genuya ilə anlaşıb.
"La Gazzetta dello Sport"un xəbərinə görə, təcrübəli hücumçunun müqaviləsinin mövsümün sonuna qədər olacağı vurğulanıb.
Xəbərdə Balotellinin maaşının 250-300 min Avro arasında olacağı da bildirilib. Futbolçunun müqaviləsinə performans bonusları da daxildir.
Mənbə: TRT haber
Tərcümə etdi: Əzənmədli Səbuhi
