
Cənubi Koreya Ümumi Qərargahının sözçüsü Lee Sung Joon'un verdiyi məlumata görə, Şimali Koreya istifadə olunmayan "Koreyalılar arası" yollara monitorlar quraşdırıb. Lee, Şimali Koreyanın bu yolları "partlatmağa hazırlaşdığını" bildirərək, partlayışın ən tez bu gün baş verə biləcəyini ifadə edib. O, həmçinin, Şimali Koreyanın kosmik raket buraxılışı testi keçirə biləcəyini və Seul hökuməti üzərində təzyiqi artırmaq üçün kiçik provokasiyalara əl atacağını qeyd edib.
Şimali Koreya Xalq Ordusu, Cənubi Koreyanı "əsas düşmən dövləti" kimi tanıdaraq, quru və dəmir yolu əlaqələrini kəsəcəyini açıqlayıb. Bu qərarın ordunun sərhədləri daimi olaraq bağlama qərarının özünümüdafiə tədbiri olduğunu bildirildi. Cənubi Koreya Birləşmə Nazirliyi isə bu qərarı "şiddətlə" pisləyib.
Son olaraq, Şimali Koreyanın cənub sərhəddindəki topçu birləşmələrinə, Cənubi Koreyadan gələcək pilotsuz uçuş aparatlarına (PUA) atəş açma əmri verdiyi bildirilib. İki ölkə arasında "zibil balonu" və PUA gərginliyi son dövrlərdə artmaqdadır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli
