Bu gün:

Rafael Nadal peşakar tennis karyerasına son qoydu


İspan tennisçisi Rafael Nadal peşakar karyerasına son qoyduğunu bildirdi.


Bu xəbəri o, öz X səhifəsində video paylaşaraq bildirib:


“Hamıya salam. Peşakar tennis karyeramdan uzaqlaşdığımı burada sizə bildirmək istəyirəm. Bu çox çətin qərar idi,lakin bu həyatda hər şeyin sonu var və məncə, mənim düşündüyümdən də uğurlu olan karyeramı bitirmək vaxtıdı”.


Rafael Nadalın son turniri noyabr ayında Devis kuboku üçün olacaq.


Mənbə: The Blueprint news

Tərcümə etdi:Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et