Bu gün:

Meksikada yolun kənarında beş cəsəd tapılıb


Başı kəsilmiş 5 kişinin cəsədi Meksikanın mərkəzində, “Jalisko New Generation” kartelinin nəzarətində olan ərazidə tapılıb. 14 oktyabr səhər saatlarında Xalisko əyalətinin Ojuleos şəhəri yaxınlığında, yol kənarında şübhəli plastik torbaları görən sürücülər polisi çağırıblar.

Rəsmilər bildirib ki, tibbi-ekspertiza qurbanların kimliyini müəyyənləşdirməyə çalışır. Qatilin yaxud qatillərin kim olduğu dəqiq məlum olmasa da, qətllərin vəhşiliyi və cəsədlərin ictimai yerə atılması cinayət hadisəsində narkotik kartelinin əli olduğunun bariz göstəricisidir.

Rəsmi hesabat göstərir ki, bu il Xaliskoda bununla birlikdə yanvar-sentyabr ayları arasında 1415 nəfərdən çox insan qətlə yetirilib.

Mənbə: BBC News

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et