Bu gün:

İsrail sığınacaq kimi istifadə olunan məktəbə hücum edib


İsrail Qəzzanın mərkəzində fələstinlilərin sığınacaq kimi istifadə etdiyi məktəbə hücum edib. Rəsmilər nəticədə azı 15 nəfərin həlak olduğunu, 50 nəfərdən çox insanın yaralandığını bildiriblər. Qəzzanın mülki müdafiə sözçüsü Əl-müfti məktəbində Qəzza ətrafından qaçqın düşmüş yüzlərlə insanın sığındığını qeyd edib.

Son günlər Qəzzada əsas münaqişə bölgələri İsrail qüvvələrinin böyük quru əməliyyatı çərçivəsində hücumlarını intensivləşdirdiyi şimalda olub. Qəzza rəsmilərinin bildirdiyinə görə, Əl-müfti məktəbindən başqa Nuseyrat düşərgəsi də bazar günü boyunca intensiv artilleriya atəşinə tutulub, burada yaşayan bütün ailələr həlak olub.

Bundan əlavə, İsrail Qəzza zolağının Deyr əl-Bələh şəhərindəki xəstəxanaya da zərbələr endirib. “Əl-Cəzirə” telekanalının məlumatına görə, bu hücum nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb.

Mənbə: BBC News

Tərcümə etdi: Səidə Abasova



Paylaş
Şərh əlavə et