
Maks Verstappen Mugello trasını Formula 1 təqvimində yenidən görmək istədiyini bildirib.
Daha çox motosiklet yarışı yolu hesab edilən Mugello, pandemiyanın təsirləri səbəbindən 2020-ci ildə Formula 1 təqviminə qayıtdı və Toskana Qran Prisinə ev sahibliyi edib.
Mövcud dünya çempionu Maks Verstappenin sözlərinə görə, Mugello yenidən təqvimə əlavə edilməlidir.
Red Bull sürücüsü F1 təqvimində daha çox görmək istədiyi trek növləri haqqında danışıb, "Mən sürətli küncləri olan axan yolları görmək istəyirəm".
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
