Bu gün:

Süni intellekt Cristiano Ronaldo üçün tarix verib


Süni intellekt karyerasını “Əl Nəsr”də davam etdirən Kriştiano Ronaldonun mininci qolunu nə vaxt vuracağını proqnozlaşdırıb.

“Əl Nassr”da çıxış edən Kriştiano Ronaldo hər gün atdığı qollarla min qol hədəfinə yaxınlaşır.

39 yaşlı portuqaliyalı ulduz Portuqaliya millisində vurduğu qolla 900-cü qol həddini keçib.

O, sentyabrda Xorvatiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qolla 900-cü qol səddini keçən ilk oyunçu kimi tarixə düşüb.

Ronaldo YouTube kanalında verdiyi açıqlamada hədəfinin min qola çatmaq olduğunu bildirib.

Ulduz oyunçu açıqlamasında "1000 qol hədəfinə çatmaq istəyirəm. Zədələrim yoxdursa, bu mənim üçün ən önəmlisidir. Bunu istəyirəm",- deyib.

Süni intellektə görə, Ronaldo 15 avqust 2028-ci ildə min qola çatacaq.

Bu tarixdə Ronaldonun 43 yaşı tamam olacaq.

Gələn fevralda Ronaldonun 40 yaşı tamam olduqdan sonra onun qol vurma nisbətinin azalmağa başlayacağı proqnozlaşdırılır.

Portuqaliyalı ulduz bu mövsüm "Əl Nəsr"in heyətində 9 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.


Mənbə: Halktv

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et