Bu gün:

Qvardiola gedir?



"Mançester Siti" Pep Qvardiolaya alternativlər müəyyən edib. İspaniyalı çalışdırıcının müqaviləsi mövsümün sonunda başa çatacaq. Kataloniyalı çalışdırıcı ilə müqavilənin müddəti hələ uzadılmasa da, Premyer Liqa nəhəngi artıq alternativlər hazırlayıb.

Pep Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır. İngiltərə nəhəngi kataloniyalı çalışdırıcı ilə hələ ki, müqavilə imzalamayıb. Etihad stadionunda oynanan matçlarda azarkeşlər Qvardiolanı qalmağa çağıran pankartlar tutsalar da, təcrübəli çalışdırıcı ayrılıq üçün qapını açıq qoyub.

O, Bayern Münhendən ayrıldıqdan sonra Mançester Siti ilə müqavilə imzalamasına kömək edən Futbol direktoru Txiki Begiristayn ilə yollarını ayırıb. Şəhər rəhbərliyi Beqiristaynı əvəzləmək üçün "Sportinq"in futbol direktoru Huqo Viana ilə razılığa gəlib. Qvardiola 2021-ci ildə verdiyi müsahibədə Begiristayn səbəbindən "Siti" ilə müqaviləsini iki dəfə uzatdığını bildirib.

“Mançester Siti” rəhbərliyi Qvardiolanın gedəcəyi halda yeni baş məşqçi kimi Xabi Alonsonu hədəfə alıb. “Sportinq”dən gətirilən Viananın təsiri ilə Alonsodan başqa Ruben Amorim də menecerlər siyahısına salınıb.


Mənbə: TRT Haber

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et